600 min manatdan çox borcu olan şirkət kimindir? Bu gün, 16:44 “Mumdoret Trade” şirkətinin xüsusilə külli miqdarda vergi borcu yaranıb. Valyuta.az xəbər verir ki, şirkətin vergi borcu hazırda 638 044,65 manat təşkil edir. “Mumdoret Trade” MMC 2023-cü ildə qeyidyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Vəliyev Nazim Mirzahid oğludur. Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Facebook-da paylaş