ABŞ-də elmi dərəcə alan ilk azərbaycanlı qadın...

Bu gün, 00:01           
ABŞ-də elmi dərəcə alan ilk azərbaycanlı qadın...
Bu gün ABŞ-də elmi dərəcə alan ilk azərbaycanlı qadın, Birləşmiş Ştatların azərbaycanlı alimi Əminə Salamovanın doğum günüdür.
1977-ci ildə Bakıda anadan olub. Orta təhsilini 83 saylı tam orta məktəbdə alıb.
1998-ci idə BDU-nun Kimya fakültəsində bakalavr dərəcəsi, 2000-ci ildə isə həmin ixtisas üzrə magistr dərəcəsinə yiyələnib, hər iki təhsilini qırmızı diplomla bitirib.
2002-ci ildə ABŞ-nin İndiana Universitetinə yenidən magistr proqramına qəbul olunub və 2004-cü ildə ekologiya ixtisası üzrə İctimai və Ətraf Mühit Məsələləri Fakültəsində (ing. School of Public and Environmental Affairs) magistr dərəcəsi alıb.
2013-cü ildən həmin fakültənin elmi işçisidir. Hazırda İndiana Universitetinin Ekoloji Kimya laboratoriyasında ətraf mühitin çirklənməsinin monitorinqi proqramının direktorudur. Bu proqram ABŞ və Kanadanın Ətraf Mühitin Mühafizəsi Nazirlikləri tərəfindən maliyyələşir.
Əminə Salamova Amerika Kimya Cəmiyyəti, Ətraf Mühitin Toksikologiyası və Kimyası Cəmiyyəti, eləcə də Böyük Göllərin Tədqiqatı üzrə Beynəlxalq Assosiasiyanın üzvüdür.
Ailəlidir, 2 qızı var.
Anar Tağıyev
TEREF














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru