“Mandarin” bağçasında uşaq yıxılıb xəsarət aldı- Niyə nəzarət olunmur? VİDEO

Bu gün, 15:38           
“Mandarin” bağçasında uşaq yıxılıb xəsarət aldı-
“Mandarin” bağçasında uşaq yıxılıb xəsarət aldı- Niyə nəzarət olunmur?

Badamdar qəsəbəsində yerləşən “Mandarin” bağçasında uşaqların təhlükəsizliyi ilə bağlı ciddi problemlər yaşanır.

XALQ xəbər verir ki, bu barədə Bakues.az-ın qaynar xəttinə şikayət daxil olub.

Əldə edilən məlumata görə, uşaq bağçasında yerləşən oyun attraksionlarının texniki nasazlığı səbəbindən bir neçə uşaq xəsarət alıb. Sonuncu hadisə zamanı bir azyaşlı attraksiondan yıxılıb və ciddi xəsarətlər alıb.
İlkin tibbi yardımdan sonra uşağa körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Valideynlər bağçada uşaqlarına lazımi nəzarətin göstərilmədiyini və oyun avadanlıqlarının təhlükəsiz olmadığını iddia edirlər. Bir neçə valideyn bağçanın rəhbərliyinə şikayət edərək, dərhal tədbir görülməsini tələb edib.
Həmçinin, bağçanın ərazisindəki təhlükəsizlik tədbirlərinin zəif olması və uşaq baxıcılarının məsuliyyətsizliyi barədə də şikayətlər var. Valideynlər uşaqlara göstərilən diqqətin yetərincə olmamasına etiraz ediblər.

“Mandarin” bağçası tərəfindən mövzu ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru