Dörd dəfə evlənən Cennifer Lopes yenidən nikaha girəcək?
Bu gün, 17:08
Müğənni və aktrisa Cennifer Lopes bir daha evlənmək fikrində olmadığını etiraf edib. Bu barədə "Daily Mail" məlumat yayıb.
Cennifer Lopes "Up All Night" turu çərçivəsində yaxınlarda verdiyi konsertdə pərəstişkarlarından biri üzərində evlilik təklifi yazılmış plakatla onun qarşısına çıxıb. Müğənni kişinin yazısını oxuyub və təklifi rədd edib.
"Düşünürəm ki, bu məsələ mənim üçün bitdi. Bəli, bir neçə dəfə cəhd etdim", - deyə müğənni səhnədən bildirib.
Qeyd edək ki, Cennifer Lopes dörd dəfə evlənib. 1997-1998-ci illərdə ofisiant Oxani Noa ilə, 2001-2002-ci illərdə isə rəqqas Kris Caddla evli olub. Üçüncü əri müğənni Mark Entoni olub: cütlük 2004-cü ildə ailə qurub, 2008-ci ildə Maks və Emmi adlı əkizləri dünyaya gəlib, 2011-ci ildə isə boşanıblar.
16 iyul 2022-ci ildə Cennifer Lopes və aktyor Ben Afflek ilk nişanlarından 20 il sonra evləniblər. Lakin 20 avqust 2024-cü ildə onların boşandığı məlum olub.