Hindistanda it çəkdiyi rəsmlərlə məşhurlaşdı

Bu gün, 15:58           
Hindistanda it çəkdiyi rəsmlərlə məşhurlaşdı
Hindistanda labrador cinsli it rəsmləri ilə məşhurlaşıb.

"The Indian Express" xəbər verir ki, itin çəkdiyi rəsmlərdən əldə olunan gəlir evsiz heyvanlara yardım məqsədilə istifadə olunur.

Bir vaxtlar cəmi 45 günlük olarkən tərk edilmiş və bağlı vəziyyətdə tapılan "Dali" ləqəbli labrador qeyri-adi istedadı - rəssamlıq bacarığı ilə əsl ulduza çevrilib. İndi o, çəkdiyi mücərrəd rəsmlərlə ürəkləri fəth edir.

İtin istedadı o, rəssam sahibindən fırçanı oğurlamaq istəyərkən üzə çıxıb.

"O, fırçanı ərimin əlindən alıb qaçardı. Biz ona bir şans vermək qərarına gəldik və ilk dəfə kətana toxunduqda çox sevindik", - deyə Dalinin sahibi bildirib.

Ev heyvanı üçün xüsusi olaraq rahat - çənəsinə uyğun ölçüdə taxtadan əl ilə hazırlanmış fırça düzəldilib. Dalinin hər "rəssamlıq jesti" unikal sənət əsərinə çevrilir və həmin əsərlər satışa çıxarılır. Bəzi rəsmlər təqvimin məhdud tirajında yer alıb və onlardan əldə olunan gəlir tam şəkildə evsiz heyvanların xilas edilməsi və müalicəsinə yönəldilir.

"Düşünürdük ki, rəsmləri bütün dünyaya sata bilərik və əldə edilən pullar itlərə yardım üçün xərclənər. Bu, reallaşdı. İnsanlar bunu qiymətləndirdi və bizi dəstəklədilər", - deyə Dali adlı itin sahibi bildirib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru