"AzerRos" Hardadır?

Bu gün, 16:08           
"AzerRos" Hardadır?
Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti (AzerRos) adlı bir təşkilat Rusiya Federasiyasında rəsmi fəaliyyətdədir.
"AzerRos" təşkilatının Rusiya Federasiyası üzrə irili-xırdalı 385 törəmə cəmiyyətləri özündə birləşdirir. Yani Kalininqraddan tutmuş Kuril Adalarına kimi "AzerRos" nümayəndəlikləri var. Hər halda bütün rəsmi sənədlərdə belədir. Hər dəfə Rusiya Prezidenti Vladimir Putin milli azlıqlarla görüşdə "AzerRos"un nümayəndəsi də rəsmən iştirak edir. "AzerRos" Rusiyada seçkilərdə dayıma Putini dəstəkləyir.
"AzerRos" prezidenti Xanoğlan Əliyevdir.
Neçə vaxdır Rusiyanın hüquq mühafizə orqanları Azərbaycan diasporunun fəallarına qarşı repressiya maşınını işə salıb dəyərli soydaşlarımızı öldürür, yüzcürə bəhanə ilə həpslər aparır, nə "AzerRos"dan, nədə Xanoğlan Əliyevdən səs çıxmır.
Sizi təyyin ediblər ki, Rusiyada yaşayan azərbaycanlıların milli maraqlarını qoruyasınız ey, rus rasistlərərin yox, cənab Xanoğlan Əliyev!
Mən şəxsən Xanoğlan bəyin əlehinə deyiləm. Şəxsinə böyük hörmətim var, alicənab insandır, ancaq "AzerRos" prezidenti onun yeri deyildi. Hələdə orada nəyə görə oturub, anlamıram...
Təsəvvür edinki "AzerRos"un 385 təşkilatından yalnız 10 faizi savadlı, milli-mənəvi dəyərləri və mədəniyyətimizi təbliğ edən ziyalılar olduğu halda, məhz elə Rusiyada onlara qarşı amansız repressiya davam edir.
Hörmətli Xanoğlan bəy niyə "AzerRos"dan səs çıxmır? Günahsız həpsə atılanlar və öldürülənlər məgər Sizin soydaşlarınız deyilmi?
Çox təəssüf olsun ki, heç kim layiq olduğu yerdə deyil...
Hömətlə Elman Mustafazade
Avropada "Azərbaycanın Dostları" Cəmiyyətinin sədri, Xudafərin (Www.xudaferin.eu) jurnalının baş redaktoru.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru