Qrup şəklində cinsi zorakılığa məruz qaldım - Erməni tibb bacısı - VİDEO

Bu gün, 00:11           
Qrup şəklində cinsi zorakılığa məruz qaldım - Erməni tibb bacısı - VİDEO
Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Paşinyan əleyhinə keçirilən etiraz aksiyasında iştirak edən qadına təcavüzdə ittiham olunublar.
Bakupost.az xəbər verir ki, sosial şəbəkələrdə 25 yaşlı İrəvan sakini, tibb bacısı Arpine adlı qadının videomüraciəti yayımlanıb. O, Ermənistanın Milli Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən qrup şəklində cinsi zorakılığa məruz qaldığını iddia edib.
Qadının sözlərinə görə, iyulun 13-də İrəvanın mərkəzində keçirilən mitinqdə iştirak etdikdən sonra saxlanılıb və Nalbandyan küçəsində yerləşən MTX-nin baş idarəsinə aparılıb. Orada isə zorakılıqla üzləşib. Onun dediyinə görə, döyülüb, iki barmağı qırılıb və sonra zorlanıb.
Arpine deyir ki, MTX əməkdaşlarının ona qarşı zorakılığı hökumətə qarşı etiraz aksiyasında iştirakına görə bir cəza olub. Hadisədən sonra ona və ailəsinə hədələr gəldiyini bildirib. Xüsusilə, baş verənlər ictimailəşərsə, fiziki zorakılıqla təhdid olunduqlarını qeyd edib.
Mətbuatda yayılan məlumatlara əsasən, hazırda qadının qohumları baş verənlərin araşdırılması və məsul şəxslərin cəzalandırılması üçün beynəlxalq məhkəmələrə müraciət etməyə hazırlaşırlar.
Ermənistanın rəsmi qurumları hələlik bu ittihamlarla bağlı heç bir şərh verməyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru