Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

Bu gün, 17:24           
Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu
Çində valideynlər imtahandan aşağı bal toplayan oğullarını evdən qovublar.

Bu barədə "South China Morning Post" nəşri xəbər verir.

Hunan əyalətindən olan Syaokay adlı məktəb məzunu dövlət qəbul imtahanında mümkün 750 baldan 575 bal toplayıb. Yeniyetmə evə qayıdanda anası və atası qapının şifrəsini dəyişdiyindən onu aça bilməyib.

Syaokay anasına zəng edərək nə baş verdiyini soruşub. O, oğluna ezamiyyətdə olduğunu və yeni şifrəni bilmədiyini söyləyib.

Daha sonra yeniyetmə yerli jurnalistlərə üz tutaraq, düşdüyü vəziyyəti danışıb. Valideynlər mediaya bildiriblər ki, övladları uşaqlıqdan əlaçı şagird olub, lakin təhsilini yarımçıq qoyub, telefonda oyunlara aludə olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru