20 ştat təbii fəlakət təhlükəsinə görə Tramp Administrasiyasını məhkəməyə verdi
Bu gün, 15:44
ABŞ-nin 20 ştat potensial təbii fəlakətlərdən qorunmağa yönəlmiş qrant proqramının ləğvinin qarşısını almaq üçün Donald Trampın Administrasiyasını məhkəməyə verib.
Moderator.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
"Təbii fəlakətlərin nəticələrini yumşaltmaq üçün Federal Fövqəladə Halların İdarə Olunması Agentliyinin (FEMA) flaqman proqramını birtərəfli qaydada bağlamaqla müttəhimlər qanunsuz hərəkət ediblər və səlahiyyətlərin bölünməsinin əsas prinsiplərini pozublar", - deyə iddia ərizələrindən birində qeyd olunub.
Xatırladaq ki, aprel ayında FEMA bu cür israf və siyasiləşmiş xərclərə son qoyaraq, "Dayanıqlı İnfrastruktur və İcmaların Qurulması" proqramının bağlandığını elan edib. Bəyanata görə, agentlik əsas missiyasına qayıdır - amerikalılara təbii fəlakətlərdən sonra bərpa olmağa kömək etmək.