Bu müraciət forması Böyük Monqol İmperiyasının dövrünə təsadüf edir. Bir gün Çingiz xan hamını ətrafina toplayır, yanında isə həyat yoldaşını əyləşdirir. Üzünü insanlara tutan Çingiz xan "mən xanlar xanı Çingiz xan hamınızın xanıyam" dedikdən sonra həyat yoldaşını göstərərək, "bu da mənim xanımdır" deyir. Məhz bu hadisədən sonra "xanım" müraciət forması yaranaraq məişətdə işlənməyə başlayıb. Azərbaycanda isə qədim zamanlardan xanımlara yaşa görə xüsusi müraciət formaları mövcud idi: 15 yaşına qədər olan qızlara "banu", 15-35 yaşlı qız və qadınlara "bəyim", 35-55 yaşlılara "xanım", 55-75 yaşlılara "xatun", yaşı 75-dən yuxarı olanlara isə "xanım-xatun" deyirmişlər. Edik Hemidov