ABŞ Rusiya elitasının bank hesablarının axtarışı üçün beynəlxalq qrup yaradıb

17-03-2022, 12:19           
ABŞ Rusiya elitasının bank hesablarının axtarışı üçün beynəlxalq qrup yaradıb
ABŞ Rusiya elitasının Qərb ölkələrindəki bank hesablarının axtarışı və üzərinə həbs qoyulması üçün beynəlxalq qrup yaradıb.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, beynəlxalq qrupa ABŞ, Avstraliya, Almaniya, Avropa Komissiyası, Böyük Britaniya, Kanada, Fransa, İtaliya və Yaponiya daxildir.
Ətraflı

Qeyd olunub ki, ABŞ maliyyə naziri Cenet Yellen və Baş prokuruor Merrik Qarland iştirakçı dövlətlərin nümayəndələri ilə virtual görüş keçirib.

“Son 3 gündə xarici tərəfdaşların ABŞ-ın hüquq-mühafizə orqanlarına təqdim etdikləri informasiya sanksiya tətbiq olunan fiziki və hüquqi şəxslərə nəzarətə, bir neçə gəminin saxlanılmasına imkan yardım edib”, - nazirlikdən bildirilib.

Məlumata görə, saxlanılan gəmilər milyonlarla dollar dəyərindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru