Rusiya DİN Stavropolda polis şöbəsinə hücumun təfərrüatlarını açıqlayıb

11-04-2016, 15:28           
Rusiya DİN Stavropolda polis şöbəsinə hücumun təfərrüatlarını açıqlayıb
Rusiyanın Stavropol vilayətinin Novoselitsk rayon Daxili İşlər Şöbəsinin binasına hücum əvvəl deyildiyi kimi 4 deyil, 2 terrorçu-kamikadze tərəfindən həyata keçirilib.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə DİN-in vilayət üzrə idarəsinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, polis bölməsinə hücum zamanı 2 silahlı şəxs zərərsizləşdirilib: “Onlardan biri nəzarət-buraxılış nöqtəsində zərərsizləşdirilib, digəri isə özünü partladıb. Polis və dinc sakinlər arasında xəsarət alan yoxdur".

Mətbuat xidmətinin verdiyi məlumata görə, DİN-ə məxsus obyektlərin zəbt olunmasının qarşısını almaq məqsədilə regionda "Qala" xüsusi planı tətbiq edilib.

Qeyd edək ki, daha əvvəl "RİA Novosti"nin verdiyi məlumata əsasən 3 kamikadze polis şöbəsinin binasında özünü partladıb. Dördüncü terrorçu isə öldürülüb. Ümumilikdə 5 partlayış baş verdiyi bildirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.