Zelenski:“Bizə masada belə bir qərarın olmadığını deyirsiniz”

17-03-2022, 18:57           
Zelenski:“Bizə masada belə bir qərarın olmadığını deyirsiniz”
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Almaniya Bundestaqının deputatları qarşısında çıxış edib.
O, Rusiya Federasiyasına qarşı həyata keçirilən sanksiyaların təzyiqinin yetərli olmadığını bildirib və xatırladıb ki, Kiyev “Şimal axını-2”nin silah qismində istifadə ediləcəyi barədə əvvəlcədən xəbərdarlıq etmişdi.
Volodimir Zelenski Almaniya şirkətləri ilə Rusiya arasında əlaqələrdən danışıb və bəyan edib ki, Rusiya öz iqtisadi əlaqələrindən istifadə edərək müharibəni maliyyələşdirir.
Prezident həmçinin bildirib ki, hazırda Ukraynanın Aİ-yə daxil olması məsələsinin həllində ləngimələr var.
“Biz sizdən Ukraynanın NATO-ya üzv olmaq, təhlükəsizlik zəmanətləri almaq üçün nə etməli olduğunu soruşduqda belə bir cavab eşitdik: masada hələ belə bir qərar yoxdur və yaxın gələcəkdə də olmayacaq. Ukraynanın Avropa Birliyinə daxil olması məsələsi yubadılır. Düzünü desəm, bəziləri üçün bu, siyasətdir”, - V.Zelenski qeyd edib.
Mənbə: Strana.news












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru