Şimali Koreyanın XİN rəhbəri ABŞ-a səfər edəcək
12-04-2016, 10:23
Şimali Koreyanın xarici işlər naziri Li Su Yon apreldə ABŞ-a səfər edəcək.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT baş katibinin sözçüsü Fərhan Haqq bəyan edib.
“Aprelin 22-də Koreya Xalq Demokratik Respublikasının xarici işlər naziri Li Su Yon Nyu-Yorka səfər edərək, BMT-nin mənzil-qərargahında iqlim dəyişikliyi ilə mübarizə üzrə Paris razılaşmasının imzalanma mərasimində iştirak edəcək”, deyə F.Haqq.
Bununla belə, F.Haqq bir sıra KİV-lərin Li Su Yonun BMT baş katibi Pan Qi Munla keçirilməsi nəzərdə tutulan xüsusi görüşü barədə yayılan məlumatları şərh etməyib.
Qeyd edək ki, Şimali Koreyanın xarici işlər naziri 2015-ci ildə Parisdə iqlim dəyişikliyi üzrə konfransda iştirak edib.
Xatırladaq ki, bu ilin martında BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı yeni sanksiyalar paketini yekdilliklə dəstəkləyib. Rəsmi Phenyan, öz növbəsində, ona qarşı sanksiyaları sərtləşdirən qətnaməni rədd edərək nüvə proqramını inkişaf etdirəcəyini bəyan edib.