Bəşər Əsədin muzdlu əsgərləri bir-birinə girdi - Ölən və yaralanan var
13-04-2016, 02:00
Suriya diktatoru Bəşər Əsədə bağlı muzdlu bir qruplaşmanın üzvləri arasında silahlı qarşıdurma yaşanıb.
Avropa.info xəbər verir ki, hadisə paytaxt Dəməşqin yaxınlığında yerləşən Qərbi Quta bölgəsində baş verib. Əsədə bağlı Licam əl Sebya qruplaşmasında baş vermiş silahlı qarşıdurmada Rami Abbas adlı silahlı muzdlu öldürülüb. Çoxlu sayda yaralı var.
Qarşıdurmada ölən Rami Abbas qadınlara təcavüz etməsi və bölgədəki silahsız vətəndaşları qətl etməsi ilə seçilirmiş.