Sərkisyan axşamacan Müdafiə Nazirliyindən çıxmadı

13-04-2016, 14:47           
Sərkisyan axşamacan Müdafiə Nazirliyindən çıxmadı
Ermənistan Prezidenti Serj Sarkisyan aprelin 11-də bütün gününü Müdafiə Nazirliyi binasında keçirib.

Axar.az xəbər verir ki, bu haqda məlumatı “Joxovurd” qəzeti yayıb.

Verilən məlumata görə, prezident Müdafiə Nazirliyinin binasını axşam saatlarında tərk edib.

“Göründüyü kimi, bu, adi bir ziyarət deyildi. Buna səbəb erməni xalqının Müdafiə Nazirliyindən hələ də cavablarını gözlədiyi çoxsaylı suallardır”, – deyə qəzet vurğulayıb.

Qəzet daha sonra xatırladıb ki, Müdafiə Nazirliyindəki toplantıdan sonra Sərkisyanın Təhlükəsizlik Şurasının iclasını bir daha çağırması da təsadüfü deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.