Kiyevin Peçerskiy məhkəməsi Rusiyanın ilhaq etdiyi Krımın rəhbəri Sergey Aksyonovun həbsi barədə qərar çıxarıb.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, cinayət işi Aksyonovun Krımı məşhur “Artek” uşaq düşərgəsini Rusiya Federasiyasına verməsi ilə bağlı olub.
Kiyev məhkəməsi dəyəri 9,4 milyon dollar olan düşərgənin qanunsuz olaraq Rusiya tərəfinə verildiyini bildirib və bu barədə sənədə imza qoyan Aksyonovun məsuliyyətə cəlb olunmasını istəyib.