İrlandiyanın “AerCar” şirkəti Rusiyadan 3,5 milyard dollar tələb edir

2-04-2022, 00:05           
İrlandiyanın “AerCar” şirkəti Rusiyadan 3,5 milyard dollar tələb edir
İrlandiyanın “AerCar” şirkəti lizinq şərti ilə Rusiya aviaşirkətlərinə təyyarələr verib və lizinq müqaviləsinin ləğvindən sonra Rusiyada qalan təyyarələrə görə 3,5 milyard dollar sığorta iddiası qaldırıb.

Bu barədə «Financial Times» nəşri xəbər verib.

Şirkət təyyarələrə və aviamühərriklərə görə kompensasiyanı bu məbləğdə qiymətləndirib, hansı ki, Rusiya aviaşirkətləri geri qaytarmayıb. Nəşrin məlumatına görə, “AerCar” sanksiya tətbiqinə qədər Rusiya aviaşirkətlərinə lizinq şərti ilə 135 təyyarə və 14 aviamühərrik verib. Hazırkı ana qədər yalnız 22 təyyarəni və 3 mühərriki qaytarmaq mümkün olub.

“AerCar” şirkətinin sanksiya altına düşən aktivləri təxminən 3,1 milyard qiymətləndirilir ki, bu da donanmanın ümumi qiymətinin 5 faizini təşkil edir. Bu təyyarələrin icarəsindən əldə olunan illik gəlir yalnız 33 milyon təşkil edir.

“AerCar” şirkətinin müştəriləri arasında «Aeroflot», «Rossiya» aviaşirkəti, “S7 Airlines” və «Uralskiye avialinii» şirkətləri var.

Qərb ekspertlərinin qiymətləndirməsinə görə, ümumilikdə sanksiyalardan sonra Rusiyada 500-dən artıq təyyarə qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru