Hələ də anası ilə küsülüdür

Bu gün, 08:44           
Hələ də anası ilə küsülüdür
Müğənni Səidə Dadaşova illərdir anası Sədaqət Dadaşova ilə danışmır.

Bu haqda sənətçi "Həmin Zaur" proqramında danışıb. O, aparıcı Zaur Kamalın "Ananla hələ də danışmırsan"sualına belə cavab verib:

"Anayla danışmamaq deyil. Hərənin öz ailəsi var. Əsas bilirəm ki, salamatçılıqdır. Kinli deyiləm. Kaş ki, olardım. Hər dəfə mən getməyəcəyəm ki, irəli. Bir az da mənə sarı gəlsinlər. Anam tək qalmaz, dadaşovlar ailəsi böyükdür".

Qeyd edək ki, Səidənin anası Xalq artisti Brilliant Dadaşovanın bacısıdır. Sədaqət mərhum Xalq artisti Rafael Dadaşovla ailəli olub. Onların bu nikahdan 3 övladı olub. (Axşam.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru