Avstraliya Ukraynaya "Bushmaster" zirehli texnika göndərəcək

2-04-2022, 08:53           
Avstraliya Ukraynaya "Bushmaster" zirehli texnika göndərəcək
Avstraliya prezident Zelenskinin xahişi ilə Ukraynaya öz istehsalı olan zirehli maşınlar göndərəcək.

Teref.az CNN-ə istinadən xəbər verir ki, bu barədə aprelin 1-də baş nazir Skott Morrison məlumat verib.

Avstraliyanın baş naziri bildirib ki, biz təkcə dualarımızı göndərmirik, həm də silah-sursatlarımızı, humanitar yardımlarımızı göndəririk: “İndi isə zirehli texnika göndərmək qərarını verdik”.

Baş nazir Morrisonun sözlərinə görə, Avstraliya “Bushmaster” zirehli transportyorlarını Ukraynaya C-17 təyyarələri ilə göndərəcək.

Siyasətçi silahların Ukraynaya nə vaxt və hansı miqdarda çatdırılacağını dəqiqləşdirməyib./visiontv.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru