Ukraynada “V” və “Z” simvolikasının istifadəsi qanunla qadağan edildi

2-04-2022, 09:53           
Ukraynada “V” və “Z” simvolikasının istifadəsi qanunla qadağan edildi
Ukrayna Ali Radası ölkədə “V” və “Z” simvollarının istifadəsini qadağan edən qanun layihəsini qəbul edib.

Bundan əlavə, Rusiya Federasiyası Ukraynada “terrorçu ölkə” kimi qəbul ediləcək.

Bu barədə məlumat Ukraynanın hakim “Xalqın xidmətçisi” partiyasının saytında dərc olunub.

Qeyd edək ki, Ukrayna hökuməti hələ 2015-ci ildən Rusiya Federasiyasını rəsmi olaraq təcavüzkar ölkə kimi tanıyıb.

Məlumat üçün əlavə edək ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi “Instagram” səhifəsində “Z” və “V” hərflərinin mənası aşağıdakı kimi təqdim olunub:

“Z” – “Za pobedu” (Qələbə üçün);

“V” – “Sila v pravde” (Güc həqiqətdədir)

Mənbə: Sluga-narodu.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru