Ukrayna hərbi əməliyyatlara ayda nə qədər pul xərcləndiyini açıqladı
3-04-2022, 00:03
Ukraynanın döyüş əməliyyatlarına xərcləri ayda təxminən 10 milyard dollar təşkil edib. Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin sədrliyi ilə keçirilən iclasda məlumat verilib. “Maliyyə Nazirliyinin hesablamalarına görə, Ukrayna dövləti bir aylıq döyüş əməliyyatları üçün təxminən 10 milyard dollar xərcləyir", - deyə Ukrayna prezidentinin dəftərxanası vurğulayıb.