Ermənistan iqtisadiyyatı tənəzzül edir

3-04-2022, 00:09           
Ermənistan iqtisadiyyatı tənəzzül edir
Ermənistan Mərkəzi Bank iqtisadi artım proqnozunu nəzərdə tutulmuş 5,3 faizdən 1,6 faizə endirib.

Teref.az axar.az-a istinadla xəbər verir ki, “Mudis"in proqnozuna görə, 2022-ci ildə Ermənistanda iqtisadi artım 1,8, 2023-cü ildə isə təxminən 3 faizə qədər azalacaq. Nəzərə alınmalıdır ki, ilin birinci rübündə baş verənlər hakim dairələrin ikirəqəmli iqtisadi artım proqnozları fonunda olanlardır.

Hayastan blokunun deputatı Tadzos Avedisyan hökumətin real və adekvat antiböhran tədbirlərinin olmayacağı təqdirdə, ölkədə iqtisadi tənəzzülün qaçılmaz olduğunu vurğulayıb. .

Ümumilikdə isə praqmatik təhlilçilər ölkə iqtisadiyyatının 2022-ci ildə daha 25 faizə qədər “əriyəcəyini” qaçılmaz hesab edirlər. Bu isə o deməkdir ki, ötən illərdəki vəziyyət bu il də təkrarlanacaq: Ermənistanda kasıblar son dərəcə yoxsullaşacaq, orta təbəqə kasıba çevriləcək və həmişə olduğu kimi, varlılar daha da varlanacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru