Mahaçkala yaxınlığında yerləşən Leninkənddə yaşayış evində mühasirəyə alınmış terrorçulara qarşı xüsusi əməliyyat dayandırılıb.
Moderator.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Respublikanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
“Xüsusi əməliyyatın aktiv fazası günün qaranlıq vaxtının başlanması səbəbindən dayandırılıb. Əməliyyat sabaha qədər təxirə salınıb”, - agentliyin sözçüsü deyib.
O, qeyd edib ki, evdə gizlənən yaraqlıların dəqiq sayı hələlik müəyyən edilməyib, məlumat dəqiqləşdirilir.