Zelenskinin Ursula fon der Leyen və Jozep Borrell ilə GÖRÜŞÜ BAŞLADI
8-04-2022, 20:17
Zelenskinin Ursula fon der Leyen və Jozep Borrell ilə görüşü başlayıb.
KONKRET.az-ın məlumatına görə, bu barədə Ukrayna prezidentinin saytında məlumat verilib.
Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell ilə görüşür.
Hazırda dar çərçivədə danışıqlar gedir, bundan sonra prezident və Aİ nümayəndələri Ukrayna və xarici KİV üçün açıqlamalar verəcək və onların suallarını cavablandıracaqlar.
Məlumdur ki, Avropa Komissiyasının sədri cümə günü, aprelin 8-nə keçən gecə Ukrayna ilə sərhəddən təxminən 13 kilometr aralıda yerləşən Polşanın Przemışl şəhərindən Kiyevə gedib.