Pentaqon “Patriot” sistemini Slovakiyaya göndərilməsini təsdiqləyib

9-04-2022, 00:07           
Pentaqon “Patriot” sistemini Slovakiyaya göndərilməsini təsdiqləyib
ABŞ Slovakiyaya “Patriot” hava hücumundan müdafiə sistemini göndərəcək.

“Report” xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Austin bildirib.

“Mənim göstərişimlə ABŞ ordusunun idarə etdiyi bir “Patriot” hava hücumundan müdafiə sistemi Slovakiyaya yenidən yerləşdirir”, - Ostin bəyanatında bildirib.

O qeyd edib ki, kompleksin və ona xidmət edən komandanın gəlişi yaxın günlərdə gözlənilir:

“Onların qalma müddəti hələ müəyyən edilməyib, biz hava hücumundan müdafiə sahəsində Slovakiya hökuməti ilə məsləhətləşmələri davam etdiririk”, - o əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru