Yaponiya Rusiya bazarında fəaliyyət göstərən şirkətləri sığortalamayacaq

9-04-2022, 11:26           
Yaponiya Rusiya bazarında fəaliyyət göstərən şirkətləri sığortalamayacaq
Əmlak və risklərin sığortalanması üzrə ixtisaslaşmış Yaponiya şirkətləri Rusiya bazarında fəaliyyət göstərən müəssisələrlə yeni müqavilələrin bağlanmasını dayandırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Məlumata görə, Ukraynada hərbi əməliyyatlar səbəbindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar səbəbindən tranzaksiyaların həyata keçirilməsi ilə bağlı çətinliklər yarandığından mövcud müqavilələrin müddətini uzatmaq mümkün olmayacaq. Bu səbəbdən Rusiya bazarında fəaliyyət göstərən 50-dək Yaponiya şirkəti sığorta müqavilələrini öz ölkəsindəki şirkətlərlə bağlayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru