Zelenski Consonla bu məsələdə razılığa gəldi

10-04-2022, 00:08           
Zelenski Consonla bu məsələdə razılığa gəldi
Ukrayna Prezidenti Volodimir Zelenski Böyük Britaniyanın Baş naziri Boris Consonla keçirdiyi görüş barədə danışıb.

Manset.az UNİAN-a istinadən xəbər verir ki, Boris Consonla görüşdən sonra verdiyi açıqlamada Zelenski bildirib ki, onunla anti-müharibə koalisiyasını gücləndirmək, habelə müdafiə qabiliyyətinin gücləndirilməsində və müharibə zamanı dağıdılmış şəhərlərin bərpasında Ukraynaya dəstək barədə razılığa gəliblər.

“Biz strateji dialoq rejimində birgə işimizin nəticələrini yekunlaşdırdıq, dövlətlərimiz arasında gələcək layihələri planlaşdırdıq”, - Zelenski deyib.

Zelenski vurğulayıb ki, Conson Ukraynanın genişmiqyaslı müharibə başlayandan indiyədək necə dəyişdiyini öz gözləri ilə görüb.

“Yalnız bir nəticə var, biz Rusiyaya daha çox təzyiq göstərməliyik”, - ukraynalı lider qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru