Conson və Zelenski Kiyev mərkəzində: maraqlı hədiyyə verildi — VİDEO
10-04-2022, 00:16
Böyük Britaniyanın baş naziri Boris Conson bu gün Kiyevə gəlib, o, Zelenski ilə Ukrayna paytaxtının küçələrini gəzib.
Demokrat.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin dəftərxanası məlumat yayıb.
"Gəzinti zamanı yoldan keçən şəxs Böyük Britaniyanın Baş nazirinə və ölkə Prezidentinə yaxınlaşaraq keramika xoruzları hədiyyə edib. Prokop Bedasyukun eyni xoruzu Kiyev vilayətinin Borodyanka kəndində rus qoşunları tərəfindən dağıdılmış hündürmərtəbəli binada sağ qalan mətbəx şkafına qoymuşdu. Bu şkafın xoruzla çəkilmiş şəkli internetdə məşhurlaşdı və Ukrayna xalqının sabitlik simvoluna çevrildi.”, - deyə məlumatda bildirilir.