Nümayəndələr Palatası üzvləri Baydenə müraciət etdi: “Ukraynaya “Bayraktar”a bənzər PUA-lar göndərin”
10-04-2022, 09:17
ABŞ Nümayəndələr Palatası Prezident Co Baydenə “Bayraktar” PUA-ları ilə bağlı məktub ünvanlayıb.
Nümayəndələr Palatasının 44 üzvü tərəfindən imzalanan müraciət məktubunda Ukraynaya yardım məsələsinə toxunulub.
ABŞ parlamentariləri dövlət başçısından Ukraynaya “Bayraktar”larla bənzər xarakteristikalara sahib pilotsuz uçuş aparatlarının göndərilməsini istəyiblər.