Pakistan yeni baş nazir seçir

10-04-2022, 10:30           
Pakistan yeni baş nazir seçir
Pakistan parlamenti aprelin 11-də ölkənin yeni baş nazirini seçmək üçün səsvermə keçirəcək.

Axar.az xəbər verir ki, bu barədə Pakistan parlamentinin spiker vəzifəsini icra edən Ayaz Sadiq məlumat verib.

Sadiq bildirib ki, baş nazir postuna namizədlər sənədlərini bazar günü yerli vaxtla saat 14.00-a qədər təqdim etməlidirlər.

Qeyd edək ki, ötən gün Pakistan parlamenti Baş nazir İmran Xana etimadsızlıq səsverməsi keçirib. 174 deputatın səsini almağa nail olan müxalifət İmran Xana etimadsızlığı təsdiqlədib.

Səsverməyə az qalmış parlament sədri Əsəd Kayser və vitse-prezident Qasım Suri istefa verib. Onlar xarici qüvvələrin İmran Xana qarşı başlatdığı bu prosesdə alət olmaq istəmədiklərini bildiriblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru