Çin ABŞ-ın bu planından qorxdu: nüvə istehsalını artırır 10-04-2022, 10:34 Çin Vaşinqtonun hazırkı hökuməti devirmək istəyəcəyindən qorxduğu üçün nüvə istehsalının artırılması tempini sürətləndirib.Axar.az xəbər verir ki, bu barədə “Voll Strit Jurnal" məlumat yayıb.Nəşrin məlumatına görə, Pekin ABŞ-ın yaratdığı təhlükə ilə bağlı qiymətləndirməni dəyişib:"Çin liderləri daha güclü nüvə arsenalını ABŞ-ın Tayvanla bağlı potensial münaqişəyə birbaşa qarışmamasının bir yolu kimi görürlər". Facebook-da paylaş