Kim Çen Indan “Şimali Koreyanın səsi”nə dəbdəbəli hədiyyə - VİDEO

16-04-2022, 09:33           
Kim Çen Indan “Şimali Koreyanın səsi”nə dəbdəbəli hədiyyə - VİDEO
Kim Çen In təqaüdə çıxan şimali koreyalı teleaparıcı Ri Çunq-Hiyə dəbdəbəli dupleks mənzil hədiyyə edib.

Bununla bağlı dövlət televiziyasının yaydığı videoda ölkə liderinin diktorun yeni evinə şəxsən baş çəkdiyi əks olunub. Mənzilə baxış keçirərkən Ri Çunq-Hinin Kim Çen Inın əlindən tutduğu, Şimali Koreya liderinin isə güldüyü görünür.

Ri Çunq-Hi 50 ildən artıq Şimali Koreya televiziyasında çalışıb və Qərbdə “Şimali Koreyanın səsi” kimi tanınır. Nüvə silahlarının sınaqları da daxil olmaqla, ölkənin bütün mühüm hadisələrini o elan edib.


Mənbə: Scroll.In












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru