ABŞ Avropada raket sistemlərini işə salacaq

16-04-2022, 08:53           
ABŞ Avropada raket sistemlərini işə salacaq
ABŞ ordusu Polşada yerləşən hərbi bazasında raket sistemlərini sınaqdan keçirməyi planlaşdırır.

Redaktor.az xəbər verir ki, bu barədə Polşanın "Rzeczpospolita" nəşri məlumat yayıb.

ABŞ bazası Redzikovo kəndində yerləşir. Burada erkən xəbərdarlıq radarları və 24 ədəd RIM-161 raketləri var.

Məlumatı ABŞ Raketdən Müdafiə Agentliyinin direktoru Con Hill də təsdiqləyib. O, sınıqların yaxın həftələrdə keçiriləcəyini bildirib.

Onun sözlərinə görə, artıq dəqiq plan, dəqiq qrafik hazırlanıb, bütün lazımi avadanlıqlar quraşdırılıb.

Qəzet Polşanın ilk strateji raketdən müdafiə sisteminin təxminən 4 il gecikmə ilə istifadəyə veriləcəyini və ilin sonuna kimi tam fəaliyyətə başlayacağını yazır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru