Xorvatiyada mart ayında inflyasiya 7,3 faizə çatıb.
SİA TASS-a istinadən xəbər verir ki, bunu ölkənin Dövlət Statistika İdarəsinin məlumatları sübut edir.
Bu məlumatlara görə, fevral ayından bu yana ölkədə qiymətlər 2,1 faiz artıb. Belə ki, 2021-ci ilin birinci rübü ilə müqayisədə qiymət artımı təxminən 6,4 faiz təşkil edir.
Ölkənin statistika idarəsinin məlumatına görə, ölkədə yanacağın qiymətində artım 14,4 faizə çatıb. Geyim və ayaqqabıların qiymətləri də kəskin bahalaşıb - 12,2 faiz, ərzaq - 10,3 faiz və nəqliyyat - 5,3 faiz.
O da qeyd olunur ki, bu cür inflyasiya ölkədə 2008-ci ildən bəri ilk dəfə müşahidə olunur.