Ukrayna nümayəndə heyəti ABŞ-a gedir

16-04-2022, 10:06           
Ukrayna nümayəndə heyəti ABŞ-a gedir
Ukraynanın Baş naziri Denis Şmıqal, maliyyə naziri Sergey Marçenko, ölkənin Milli Bankının rəhbəri Kirill Şevçenko və bir sıra digər ukraynalı məmur ABŞ-a səfər edəcək.

Bu barədə məlumatı öz mənbələrinə istinadən “Reuters” agentliyi yayıb. Agentlik yazır ki, səfər gələn həftə baş tutacaq.

Məlumata görə, Ukrayna nümayəndə heyəti səfər zamanı G7 ölkələrinin və digər dövlətlərin maliyyə qurumlarının nümayəndələri ilə ikitərəfli görüşlər keçirəcək.

Bununla yanaşı, nümayəndə heyətinin aprelin 21-i Dünya Bankı tərəfindən Ukraynaya həsr olunan dəyirmi masada da iştirak edəcəyi planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru