Ukraynada Rusiya və Belarus şirkətlərinin 2 miyardı tapıldı - Pulun aqibəti necə olacaq?

17-04-2022, 00:43           
Ukraynada Rusiya və Belarus şirkətlərinin 2 miyardı tapıldı - Pulun aqibəti necə olacaq?
Ukrayna Milli Polisi ölkə banklarında Rusiya və Belarus şirkətlərinə məxsus 2 milyard qrivna (115 milyon 600 min manat) müəyyənləşdirib.

Qaynarinfo Unian-a istinadən xəbər verir ki, bu barədə milli marafonun efirində Ukrayna daxili işlər nazirinin birinci müavini Yevgeni Enin məlumat verib.

"Milli Polisin təşəbbüsü ilə Rusiya və ya Belarus qeydiyyatı olan, yaxud sahibləri bu ölkələri təmsil edən 7 minə yaxın şirkətə münasibətdə əlavə maliyyə nəzarətinin tətbiqinə başlanılıb. Biz əməliyyatların təhlili və aparılması üçün Milli Bankla birlikdə əlavə tövsiyələr təqdim etmişik. Bunlar xarici valyutanın Rusiya Federasiyasının ərazisinə çıxarılmasını nəzərdə tutan müqavilələrdir", deyə nazir müavini bildirib.

"Əgər banklar Milli Polisin və Milli Bankın tövsiyələrinə əməl etsələr, 200 milyard qrivnanın Rusiya Federasiyasının ərazisinə ötürülməsinə icazə verilməyəcək".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru