Litvada Rusiya gəmilərinə qadağa: Klaypeda limanına daxil ola bilməyəcəklər 17-04-2022, 09:08 Litvanın Klaypeda dəniz limanı Rusiya bayrağı altında üzən gəmilərin onların limanlarına daxil olmasına qadağa tətbiq etmək qərarına gəlib.Bunu müəssisənin direktoru Alqis Latakas bildirib.Onun sözlərinə görə, bu məhdudiyyətlər Rusiya iqtisadiyyatına və hakimiyyət orqanlarına təsir ölçüsü hesab oluna bilər.“Limanların fəaliyyəti beynəlxalq ticarət üçün böyük əhəmiyyət kəsb edir”, - deyə A.Latakas qeyd edib.Sərəncam aprelin 16-dan qüvvəyə minib.Xatırladaq ki, 2021-ci ildə Klaypedada 122 Rusiya gəmisi lövbər salıb. Müxtəlif dövrlərdə onların sayı orta hesabla 100-dən 180-ə qədər olub.Mənbə: Lenta.ru Facebook-da paylaş