Ermənistanda Nazarbayev küçəsinin adı dəyişdirilir - FOTO

18-04-2016, 21:45           
Ermənistanda Nazarbayev küçəsinin adı dəyişdirilir - FOTO
Ermənistanın Şiraksk vilayətinin Ariç kəndində Qazaxıstan prezidenti Nursultan Nazarbayevin adını daşıyan küçənin adı dəyişdirilir.

Virtualaz.org panorama.am saytına istinadən bildirir ki, bu barədə Kənd ağsaqqlqr şurası aprelin 14-də yekdilliklə qərar qəbul edib.

Məlumatda deyilir ki, onlar əvvəlcə küçəni “Artsax” adlandırmaq istəyiblər. Amma yerli kilsədən təklif ediblər ki, ona Qriqori Lusavoriçin adı verilsin. Son qərar ağsaqqalların növbəti yığıncağında qəbul olunacaq.

Məlumatda o da bildirilir ki, onlar Nazarbayevin adını çoxdan götürmək istəyirlərmiş. Amma hər dəfə “yuxarıdan” razılıq verilmirmiş. Amma Nazarbayevin son siyasi addımları, Azərbaycanı müdafiə etməsi, Yerevandakı mühüm tədbiri faktiki olaraq pozması və nəhayət, Ərdoğanla nümayişkaranə şəkildə qucaqlaşıb görüşməsi səbr kasalarını daşırıb və onlar qəti qərara gəliblər.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru