Belarus Ukrayna ilə sərhədə qoşunlarını yerləşdirir

11-05-2022, 12:45           
Belarus Ukrayna ilə sərhədə qoşunlarını yerləşdirir
Belarus Müdafiə Nazirliyi ordunun cavab qüvvələrinin sınaqlarının ikinci mərhələsinin başlandığını elan edib.

Bu mərhələdə Ukrayna Silahlı Qüvvələrindən gələn mümkün təhlükə ilə əlaqədar rəsmi Minsk Ukrayna ilə sərhədə qoşun yeridəcək.

Bunu Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - müdafiə nazirinin birinci müavini Viktor Quleviç məlumat verib.

Baş Qərargah rəisinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri cənub istiqamətində 20 min nəfərlik hərbi birləşmə yaradıb ki, bu da Belarusdan analoji reaksiya tələb edir.

Mənbə: “Belta”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru