Hindistan buğda ixracını dayandırdı

14-05-2022, 10:08           
Hindistan buğda ixracını dayandırdı
Hindistan buğda ixracını qadağan etdi və qadağa dərhal qüvvəyə minib. AzVision.az xəbər verir ki, bu barədə Hindistan Ticarət və Sənaye Nazirliyi məlumat yayıb. Nazirlik qeyd edib ki, ixrac Hindistan hökumətinin digər həssas ölkələrin ərzaq təhlükəsizliyi ehtiyaclarını ödəmək icazəsi əsasında bərpa edilə bilər. Bu isə həminr hökumətlərinin müraciəti əsasında baş tutacaq.

Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumundan sonra dünyada logistika zəncirlərinin pozulması ilə yanaşı, buğda böhranı da başlayıb. Əsas buğda ixracatçısı sayılan Ukrayna müharibə şəraitində olduğu üçün bəzi ölkələri aclıq və bahalıq gözlədiyi deyilir. BMT bununla bağlı bir neçə dəfə həyəcan təbili çalıb. Rusiya mediası yazır ki, Hindistan da "buğda siyasəti"ni bu səbəbdən sərtləşdirib












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.