"Azərbaycan-Ermənistan razılaşmalarını dəstəkləyirik" - Aİ nümayəndəsi

19-05-2022, 08:27           
"Azərbaycan-Ermənistan razılaşmalarını dəstəkləyirik" - Aİ nümayəndəsi
Avropa İttifaqı (Aİ) Azərbaycan-Ermənistan razılaşmalarını dəstəkləyir, iki ölkənin razılığa gəlmələri istiqamətdə səylərini davam etdirir.

“Report”un məlumatına görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrel deyib.

Brüsseldə keçirilən Aİ-Ermənistan Assosiasiya Şurasının iclasından əvvəl mətbuata açıqlama verən Borrel Ermənistan və Azərbaycan arasında razılaşmanın olacağı təqdirdə Avropa İttifaqının buna dəstək verəcəyini vurğulayıb.

"Razılaşma əldə edilsə, həqiqətən məmnun olarıq. Əgər bu baş verərsə, Aİ sazişin həyata keçirilməsinə dəstək üçün hər şeyi edəcək”, - Aİ rəsmisi deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru