Fransa XİN: "Nə Aİ, nə də NATO Rusiya ilə müharibə istəyir"

19-05-2022, 08:56           
Fransa XİN:
Nə Fransa, nə Avropa İttifaqı, nə də NATO Rusiya ilə müharibə vəziyyətində deyil və onunla döyüşmək istəyir.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Ann-Kler Lejandr bildirib.

“Rusiya ilə müharibə aparmırıq. Bizim tərəfimizdən heç bir eskalasiya yoxdur”, - Lejandr deyib.

XİN rəsmisi qeyd edib ki, Rusiya özü vəziyyəti gərginləşdirir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.