Belarusda Corc Oruellin “1984” əsərinin satışı qadağan edilib.
Kult.az xəbər verir ki, bu barədə “Naşa niva” nəşri məlumat yayıb.
Qeyd edək ki, Oruellin “1984” antiutopiyası Sovet İttifaqı və Şərqi Avropanın digər totalitar ölkələrində 1987-ci ilə qədər qadağan edilib. Əsər Belarusun “Belkniqa” dövlət kitab şəbəkəsində bestsellerlər arasında 4-cü yeri tutub.