Çin nəhəngləri kütləvi ixtisarlara başladı

23-05-2022, 10:25           
Çin nəhəngləri kütləvi ixtisarlara başladı
Çinin ən böyük texnoloji şirkətləri kütləvi ixtisarlara başlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "China Morning Post" qəzeti məlumat yayıb.

İxtisarlara səbəb texnologiya sektorunda baş vermiş qeyri-müəyyənlik və koronavirusla mübarizə nəticəsində iqtisadiyyatdakı geriləmədir.

Aprel ayında Çində 16-24 yaş arası insanlar arasında işsizlik səviyyəsi 18,2%-ə çatıb.

Qəzet yazır ki, şirkətlər məlumatları açıqlamadığından, hansı işçilərin ixtisar ediləcəyi hələlik məlum deyil.

Xüsusilə, ən böyük oyun şirkəti və media holdinqi "Tencent Holdings" idman kanallarındakı işçilərini ixtisar edir.

Nəşrin məlumatına görə, Tencent-dən başqa, Alibaba Group Holdinq də işçilərini ixtisar edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru