Tehranda öldürülən İİKK zabiti xaricdə teror aktlarının təşkili ilə məşğul olubmuş - ŞOK İDDİA
23-05-2022, 11:57
İsrail KİV-in hərbi korrespondenti bu gün Tehranda öldürülən İİKK-un polkovniki Xasan Said Xodyarinin (Xoday) Türkiyə ərazisində İsrail və qərb vətəndaşlarına qarşı teror aktlarının təşkili ilə məşğul olması barədə məlumat veriblər.
Moderator.az bu barədə İsraelinfo-ya istinadən xəbər verir.
Nəşrə görə “Mossad” agentləri tərəfindən Tehranda tutulan İİKK-un agenti, narkotacir Mansur Rasuli sorğu zamanı şəxsən onun sui-qəsdlərə rəhbərlik etdiyini bildirib.
“Mossad”-ın İranın paytaxtında keçirdiyi bu sensasiyon əməliyyatı barədə İsrail KİV-lərində mayın əvvəllərində danışılıb.
Rasuli kamera qarşısında etiraf edib ki ,İstanbulda İsrail konsulluğunun əməkdaşını, amerikan hərbiçini və fransız jurnalisti öldürmək barədə ondan tapşırıq alıb.
İfadəni videoyazıya hərbi korrespondet “Xadaşot 13” Alon Ben-david alıb.