Almaniya Ukraynanın bərpasına Rusiyanın ehtiyatlarından istifadə etməyə açıqdır

23-05-2022, 10:09           
Almaniya Ukraynanın bərpasına Rusiyanın ehtiyatlarından istifadə etməyə açıqdır
“Almaniya Ukraynanın bərpası xərclərini ödəmək üçün Qərbdə dondurulmuş Rusiyanın valyuta ehtiyatlarından istifadə etmək ideyasına açıqdır”.

“Report” xəbər verir ki, bunu Almaniyanın maliyyə naziri Kristian Lindner “Financial Times” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, hüquqi məsələlər və beynəlxalq nizam üçün nəticələr hələ də həll edilməlidir. Lindner rusiyalı oliqarxların şəxsi aktivlərinin ələ keçirilməsinin əleyhinə olduğunu da bildirib.

“Qanunun aliliyinə əsaslanan ölkələr xüsusi mülkiyyətə zəmanət verir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru