Bu ölkədə aparıcılar efirə üzü qapalı çıxdılar - FOTOLAR

23-05-2022, 11:12           
Bu ölkədə aparıcılar efirə üzü qapalı çıxdılar - FOTOLAR
Əfqanıstanda qadın aparıcılar Taliban administrasiyasının göstərişi ilə efirə üzləri qapalı çıxıblar. Bu təlimat proqrama dəvət olunan qadın qonaqlara da aid edilib.
Yenixeber.org: Qadın aparıcı televiziyada çalışan qadınların müqavimət göstərdiyini, lakin idarəçilərin təzyiqi ilə üzləşdiyini bildirib.
TOLOnews, Ariana Television, Shamshad TV və 1TV kanallarında aparıcılar qapalı efirə çıxmağa məcbur ediliblər.
TOLOnews-un aparıcısı Fəridə Sial BBC-yə bildirib ki, bir neçə saat ərzində ağzı qapalı veriliş aparmaq çox çətindr.
Farida Sial beynəlxalq ictimaiyyəti qadağanın geri götürülməsi üçün Talibana təzyiq göstərməyə çağırıb və "Onlar qadınları ictimai və siyasi həyatdan silmək istəyirlər" deyib.
Taliban dini polisi bu məsələ ilə bağlı qadağanı çərşənbə günü media orqanlarına çatdırıb. Qadağaya tabe olmayanları isə cəza veriləcəyi ilə xəbərdarlıq edib.
TOLOnews-un aparıcısı Sonia Niyazi AFP xəbər agentliyinə qərara tabe olmadıqları təqdirdə işdən çıxarılacaqlarını bildirib.
Qadınlar haqlarının Taliban tərəfindən tamamilə əllərindən alınacağından narahatdırlar.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru