Amerikalı fotojurnalist Co O'Donnelli tərəfindən 1945-ci il Naqasakidə çəkilmiş bu şəkil bu gün də Yaponiyada güc simvolu kimi istifadə olunur. İkinci Dünya Müharibəsi zamanı bir yapon uşaq cənazə odununun qarşısında dayanaraq, ölən kiçik qardaşının yandırılmasını gözləyir. Fotonu çəkən şəxs müsahibəsində bildirir ki, uşaq ağlamaqdan çəkinmək üçün dodağını o qədər dişləmişdi ki, ağzının kənarından qan damırdı. Məhz o zaman mühafizəçi ondan cənazəni istəyir : “Arxasında daşıdığın o ağır yükü mənə ver” – deyir. Uşaq cavab verir: – O mənim qardaşımdır. Və cəsədi mühafizəçiyə verir, çevrilir və sakitcə gedir ... Teref.az