Şimali Koreyadan ABŞ-a çağırış

24-04-2016, 12:09           
Şimali Koreyadan ABŞ-a çağırış
Əgər ABŞ və Cənubi Koreya hərbi təlimlərə son versə, rəsmi Pxenyan nüvə sınaqlarını dayandıracaq.

Axar.az xəbər verir ki, bu barədə Şimali Koreyanın Xarici İşlər Naziri Li Su Yon “Assoşeyted Press” agentliyinə müsahibəsində deyib.

“Biz nüvə sınaqlarını Koreya yarımadasındakı hərbi təlimlərə cavab olaraq keçiririk. Beynəlxalq sanksiyalarla Şimali Koreya rəhbərliyinə təzyiq etmək mümkün deyil”, - nazir bildirib.

Qeyd edək ki, Şimali Koreya bir müddət öncə növbəti nüvə sınağına hazırlaşdığı barədə açıqlama yayıb












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.